Stalinin bunkeri üzə çıxdı - VİDEO
Bizi izləyin

Dünya

Stalinin bunkeri üzə çıxdı - VİDEO

Bir vaxtlar yeraltı sığınacaq kimi istifadə olunan məkan bu gün tarixi, gələcək nəsillərə ötürə biləcək muzeyə dönüb.

Bir vaxtlar yeraltı sığınacaq kimi istifadə olunan məkan bu gün tarixi, gələcək nəsillərə ötürə biləcək muzeyə dönüb.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, kənardan ilk baxışda iki mərtəbəli binanı xatırladan pəncərə yerləri betonla örtülü olan bu tikili əslində altındakı "Bunker 42" adlı yeraltı sığınacağı goruyur. Sığınacaq günümüzdə interaktiv muzey kimi fəaliyyət göstərsə də burda hələ də “Soyuq müharibə” havası hiss olunur.

“Stalin bunkeri” kimi tanınan bu sığınacağ 2 ton ağırlığındakı aviabombanın birbaşa zərbəsinə tab gətirəcək şəkildə inşa edilib.

Ümumilikdə, 7 kv kilometr əraziyə sahib olan və 70 metr dərinlikdə inşa edilən sığınacaq hər hansı bir kimyəvi hücüm olarsa, ölkənin hərbi rəhbərliyini uzun müddət su, qida, elektrik və ən önəmlisi isə etibarlı rabitə sistemi ilə təmin edə biləcək şəkildə hazırlanıb.

Muzeyin direktoru İqor Lavrençuk bildirib ki, bu obyekt 1950 və 1956-cı illər arasında inşa edildi: "Burda Sovet İttifaqının Uzaq Şərq Hava Ordusu komandanlığının qərargahı yerləşirdi. Atom bombası daşıyan təyyarələrə birbaşa buradan təlimat verilirdi. Xüsusilə, 1962-ci ildə hər an III Dünya Müharibəsi çıxma ehtimalı olduğu günlərdə bu obyekt gücləndirilmiş iş rejimində çalışırdı. Geniş və uzun dəhlizlər, qalın hermetik qapılar, böyük toplantı salonları, 1 metr qalınlığındakı beton və metal divarlarla diqqət çəkən sığınacağda Stalinin dincəlməsi üçün xüsusi otaq da hazırlanmışdı. Sığınacaq istifadəyə verilməzdən iki il öncə Stalinin ölməsi isə bu kabinetin sahibsiz qalmasına səbəb oldu. Stalin bunkeri tikən zaman yerli əhali burda nə olduğunu bilmirdi. Baxmayaraq ki yeraltı sığınacağın 37 metr dərinliyindən Moskva metrosu da keçirdi. O zaman heç kimin ağlına belə gəlməzdi ki aradan 70 il keçdikdən sonra Sovet İttifaqının ən gizli obyekti turistlərin ziyarəti üçün bir məkana çevriləcək".

"Bunker 42" sığınacağının mövcudluğu 90-cı illərdə təsadüfi bir hadisə nəticəsində ictimaiyyətə məlum olub. 1985-ci ildə bunkerin yaxınlığında inşa edilən yeni metro xəttində meydana gələn qəza sığınacağın yerinin aşkarlanmasına səbəb olub. 2006-cı ildə Bunker muzeyə çevrilib.

Stalin dönəmində Moskvada hərbi məqsədlə yer altında çox sayda sığınacaq inşa edilib. Fəaliyyətini hələ də davam etdirən bu sığınacaqların yeri isə gizli saxlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm