Mariupolda “Çeçen” qrupunun üzvləri saxlanılıb – Video
Bizi izləyin

Dünya

Mariupolda “Çeçen” qrupunun üzvləri saxlanılıb – Video

Mariupolda “Çeçen” qrupunun üzvləri saxlanılıb – Video

Donetsk vilayətinin Mariupol şəhərində Ukrayna hərbi qulluqçuları 12 terrorçunu saxlayıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, terrorçular “Çeçen” terror qrupunun üzvləridir.

Onların aprel-iyun aylarında Ukraynanın daxili qoşunların hərbi hissələrindən birinə, Mariupol şəhərinin inzibati binaları və nəqliyyat vasitələrinə hücum etdiyi müəyyənləşdirilib. Terrorçu qrupun üzvlərinin həmçinin kütləvi iğtişaşlarda iştirak etdiyi, dinc sakinləri oğurladığı deyilir.

Saxlanılan terrorçulardan avtomatlar, pulemyotlar və qumbaraatanlar, döyüş patronları və partlayıcı maddələr götürülüb.

Terror qrupunun üzvlərini Ukrayna Cinayət Məcəlləsinə əsasən, on beş il müddətə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm