• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Orxan Zeynalovun məhkəməsi başlayır - VİDEO

  • Dünya
  • 18 İyun 2014 11:31
  • 337 Baxış
Orxan Zeynalovun məhkəməsi başlayır - VİDEO

Moskvanın Qərbi Biryulyovo rayonunda 25 yaşlı Yeqor Şerbakovun qətlində ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zeynalov haqqında cinayət işi Moskva şəhər məhkəməsinə daxil olub.

Publika.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, Moskva şəhər məhkəməsi ilkin dinləmələr keçirəcək.

Qanuna əsasən, ilkin dinləmələr qapalı keçiriləcək.

Xatırladaq ki, Yeqor Şerbakov ötən ilin 10 oktyabr tarixıində öldürülüb. Hadisə miqrantlara qarşı genişmiqyaslı etiraz aksiyalarına səbəb olmuşdu Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Biryulevo rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib.

“Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurub. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

İki gün sonra, 15 oktyabrda Moskva ətrafı Kolomnada Şerbakovun qətlində şübhəli bilinən Zeynalov saxlanılmışdı. O, Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qətl, xuliqanlıq) üzrə ittiham edilir. Bu isə o deməkdir ki, O.Zeynalovun günahı sübuta yetirilsə, omürlük həbs cəzası ala bilər.


Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsində xuliqanlığa görə, maksimum 15 il cəza verilə bilər. Bu şərtlə ki, cinayəti törədən şəxsin müsbət xarakteristikası olsun və ilk dəfə ağır cinayət törətsin. Uzun müddət Rusiyada yaşayan Orxan Zeynalov indiyə kimi ağır cinayət törətməsə də, inzibati xətalara yol verdiyi iddia olunur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR