Maliki qaçan komandirləri ordudan qovdu
Bizi izləyin

Dünya

Maliki qaçan komandirləri ordudan qovdu

İraqın Baş naziri Mosulda postu tərk edən 3 komandirin vəzifədən uzaqlaşdırıldığını və birinin hərbi məhkəməyə göndərildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, İraq mərkəzi hökumətinin baş naziri Nuri Əl-Maliki yazılı açıqlamasında İŞİD-ə qarşı Mosul əməliyyatlarında iştirak edən üç hərbçini vəzifədən uzaqlaşdırıb. Belə ki, əməliyyata başçılıq edən Mosul Qərargah generalı Mehdi Əl-Qarravi, onun köməkçisi general Əbdurrəhman Xandal və qərargah polkovniki Həsən Əbdurrəzaqı postu tərk etdikləri üçün ordudan qovulublar. Maliki həmçinin həmin komandirlər haqqında təhqiqat başladılması üçün Quru Qoşunları Komandanlığına əmr verdiyini qeyd edib. Bütün bunlarla bərabər, Mosul Üçüncü Hərbi Məktəbin komandiri polkovnik Hidayət Abdulkərimin hərbi məhkəməyə göndərildiyini bildirib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm