İŞİD daha 15 türkü qaçırdı
Bizi izləyin

Dünya

İŞİD daha 15 türkü qaçırdı

İŞİD daha 15 türkü qaçırdı

Terror təşkilatının Kərkük yaxınlığındakı bir tikintidə işləyən 15 Türkiyə vətəndaşı da daxil olmaqla, 60 nəfəri qaçırdığı məlum olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqın Kərkük yaxınlığındakı bir xəstəxana tikintisində çalışan işçilərin İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı tərəfindən qaçırıldığı iddia edilib. Həmçinin terrorçuların sünni təriqətindən olan əsirləri azad etdikləri bildirilir.

Azad olunan əsirlərdən birinin sözlərinə görə, tikintidə 100 nəfər çalışırmış. İŞİD vəsiqə yoxlanışına gəlib və iraqlılar istisna olmaqla hamını silah təhdidi ilə harasa aparıb.

Əsirlər arasında Türkiyə, Pakistan, Türkmənistan və Nepal vətəndaşları da var.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm