Poroşenko Putinin sözündən çıxa bilmədi
Bizi izləyin

Dünya

Poroşenko Putinin sözündən çıxa bilmədi

Poroşenko Putinin sözündən çıxa bilmədi

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin cənubi-şərqində hərbi əməliyyatların dayandırılması barədə bəyanatla çıxış edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə unian.net saytı bildirib.

Bəyanatda bildirilir ki, Kiyev birtərəfli qaydada hərbi əməliyyatları dayandırır. Məqsəd isə terrorçuların silahı yerə qoyması, ölkəni tərk etmək istəyənlərə bunun üçün imkan yaratmaqdır.

Ukrayna prezidentinin sözlərinə görə, bundan sonra münaqişənin nizama salınması ilə bağlı sülh planının icrasına başlanır. P.Poroşenko sülh planını iyun ayının 7-də keçirilən andiçmə mərasimində elan etmişdi.

Bəyanatın Ukrayna prezidentinin Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətindən sonra verilməsi diqqət çəkir.

Xatırladaq ki, sözügedən telefon söhbəti dünən baş tutub. Prezidentlər Ukraynanın şərqində atəşkəs rejimi üçün təxirəsalınmaz tədbirlərin görülməsi məsələsini müzakirə ediblər. Dövlət başçılarının telefon danışığı əsasən Ukrayna prezidentinin sülh planına, həmçinin Donetsk və Luqanskda gərginliyin aradan qaldırılmasına həsr olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm