Dünya
Kənan Evrənə ömürlük həbs – Son Dəqiqə
Respublika prokuroru təqsirləndirilən şəxslərin TCQ-nun 146-cı maddəsinə əsasən, ömürlük həbsə məhkum edilmələrini istəyib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Respublika prokuroru Ərdinc Hakan Özdabaqoğlu “12 sentyabr” məhkəmə prosesində təqsirləndirilən şəxslər Kənan Evrən, Tahsin Şahinqaya Türkiyə Cəza Qanununun (TCQ) 146-cı maddəsinə (dövlətin adamları əleyhinə cinayətlər) əsasən ağırlaşdırılmış ömürlük azadlıqdan məhrum edilmələrini istəyib.
Ankara Ağır Cinayətlərə dair Məhkəmədə aparılan məhkəmə prosesində Özdabaqoğlu fikirlərini bu cür ifadə edib:
“Təqsirləndirilən şəxslər çevriliş etməyə təxminən bir il əvvəl qərar veriblər. Və çevrilişin xalqın gözündə yaxşı görünməyi üçün müdaxilə etməyiblər”.
Xatırladaq ki, Türkiyədə prezident Fəxri Qorutürkün hakimiyyəti illərində (1973-1980) ölkədə baş verən terror olaylarına görə və bütün bunların cinayətkarları tapılmadığı üçün Ali Baş Qərargah rəisi Kənan Evrən “hökumət ölkəni idarə edə bilmir” və “vətəndaş qırğını çıxa bilər” əsasları ilə çevriliş edərək hakimiyyətə gəlib. Nəticədə bir çox siyasi ideologiyaya sahib vətəndaş həbs edilib, işgəncə görüb və öldürülüb.
Vüsal Tağı
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular