Türkiyə müxalifətinin “vahid namizəd”ləri arta bilər
Bizi izləyin

Dünya

Türkiyə müxalifətinin “vahid namizəd”ləri arta bilər

Türkiyə müxalifətinin “vahid namizəd”ləri arta bilər

Prezident seçkilərində İslam Konfransı Təşkilatının (İKT) keçmiş baş katibi Ekmeleddin İhsanoğlunun Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) vahid namizədi olaraq açıqlanması CHP-yə hücumları artırıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Xalqların Demokratik Partiyası (HDP) ilə Barış və Demokrat Partiyasından (BDP) sürpriz bir addım atılıb.

HDP prezidentliyə namizədlik üçün CHP-nin İzmir millət vəkili Rza Türmenə “namizədimiz ol” təklifi edib. HDP-dən gələn təklifi təsdiqləyən R.Türmen CHP-də qalacağını bildirib.

Xatırladaq ki, CHP və MHP-nin E.İhsanoğlunu prezident seçkilərində müxalifətin vahid namizəd olaraq müəyyənləşdirməsi CHP daxilində narazılıq yaradıb. CHP sədri Kamal Kılıçdaroğlunun partiyanın səlahiyyətli orqanı Partiya Məclisindən E.İhsanoğlu ilə bağlı razılıq almaması partiyadaxili qarşıdurma yaradıb. CHP-nin keçmiş sədri Dəniz Baykal və “baykalçılar” partiyanın dünən keçirilən qrup toplantısına qatılmayıb. Məlumata görə, təxminən 15 millət vəkili vahid namizədə qarşı strategiya hazırlamaq üçün keçmiş sədr D.Baykalın ətrafında birləşib.

D.Baykal özünün prezidentliyə namizəd olmaq istəmədiyini, amma eyni zamanda, E.İhsanoğlunun CHP-nin namizədədi ola bilməyəcəyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm