Ukrayna sərhədinə hərbi texnika karvanı yaxınlaşır
Bizi izləyin

Dünya

Ukrayna sərhədinə hərbi texnika karvanı yaxınlaşır

Ukrayna sərhədinə 15 kilometrlik hərbi texnika karvanı yaxınlaşır

Rusiya Ukrayna ilə sərhəddə hərbi texnika və hərbi qulluqçuların sayını artırır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə keçirdiyi brifinqdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya mərkəzinin nümayəndəsi Vladimir Çepovoy bildirib.

“Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin məlumatına görə, Ukrayna ilə sərhəd rayonlarından dörd batalyon çıxarılıb. Bunlar 7-ci və 76-cı hava-desant diviziyaları, 56-cı desant-hücum briqadası və 15-ci motoatıcı briqadalardır. Rusiya-Ukrayna sərhədində rus qoşunların sayının gələcəkdə artması istisna edilmir”, – V.Çepovoy qeyd edib.

V.Çepovoy həmçinin terrorçuların Donetsk vilayətinə “T-72” iki Rusiya tankını keçirə bildiyini deyib. O, vurğulayıb ki, “T-72” tankları Ukrayna ordusunda yoxdur.

Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya mərkəzinin nümayəndəsi dünən Moskva-Kiyev yolunun Kaluqa şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinin hərbi texnikasının karvanının müşahidə edildiyini bildirib. O, hərbi texnika karvanının təxminən 15 kilometr uzunluqda olduğunu deyib.

V.Çepovoy Slavyansk rayonundakı istilik-elektrik stansiyasının bütün blokların terrorçular tərəfindən minalandığını vurğulayıb. O qeyd edib ki, terrorçular istilik elektrik stansiyasında bütün texnoloji prosesləri dayandırmağı və stansiyanı Ukraynanın Vahid energetika sistemindən ayırmağı planlaşdırırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm