“Ölən” SSRİ-nin “yaşayan” silahları – Ən yaxşı 5 silah
Bizi izləyin

Dünya

“Ölən” SSRİ-nin “yaşayan” silahları – Ən yaxşı 5 silah

Sovet İttifaqı öldü, amma onun silahı hələ də yaşayır. Kommunizm iqtisadi baxımdan faciə idi. Ancaq SSRİ silahı məşhur idi. Avtomobillər və televizorlar deyil, yalnız silah. SSRİ istehsalı olan silahların bir çoxu əsl əfsanə oldu və onlar indi də dünyanın bir çox münaqişələrində geniş istifadə olunur. SSRİ-də silah sahəsində spesifik konstruktor fəlsəfəsi hökmranlıq edirdi.

Publika.az-ın verdiyi xəbərə görə, ABŞ-ın “The National Interest” qəzeti keçmiş SSRİ-nin bu günümüzdə də geniş istifadə olunan beş ən yaxşı silahından yazıb.

AK-47

AK-47 avtomatik rejimli döyüş silahıdır. Dünyada ən geniş yayılmış odlu silahdan 100 milyondan ədəddən çox istehsal edilib. Həm tək, həm də avtomat rejimdə ardıcıl atəşaçma qabiliyyətinə malikdir. Yüksək etibarlığı və asan istifadə olunması ilə fərqlənir.

1943-cü ildə Elizarov və Seminanın hazırladığı 7,62 mm-lik patrona uyğun olaraq yeni silah hazırlanması üzərində iş gedir. Pistolet-pulemyotları əvəz etmək üçün yeni fərdi avtomatik silaha ehtiyac var idi. Bu avtomat dəyişiləbilən daraq və rejimləri çevirən mexanzmə malik olmalı, karabin daraqlı, yüngül pulemyot xassələri özündə cəmləməli idi. Avtomat üzərində ilk işi 1944-cü ildə bir çox orijinal konstruksiyaları layihələndirmiş Sudayev aparır. Sonralar bu avtomatın üzərində Kalaşnikov işləməyə başlayır. 1946-cı ildə öz konstruksiyasını nümayiş etdirir. Bu avtomat sınaqlardan keçərək yaxşı nəticələr göstərir. 1947-ci ildə orduda tətbiqi təklif olunur. Nəticədə Kalaşnikovun avtomatı Deqtyarev, Simonov, Rukavişnikov, Barışev tərəfindən hazırlanmış bütün avtomatlardan üstün sayılır. Orduda sınaqdan keçdikdən sonra Kalaşnikov avtomatı 1948-ci ildə Silahlı Qüvvələrin istifadəsinə verilir.

AK-47 avtomatı alman avtomatı “StG 44”dən çox fərqlənmirdi. Kalaşnikov avtomatı və alman avtomatı “StG 44” arasındakı oxşarlıq uzun müddət SSRİ və xarici ölkələr arasında mübahisəyə səbəb olub. Almanlar bunun “StG 44”-ün sürəti olduğunu təkid etsələr də , ruslar bu fikri tamamilə təkzib edirdilər. Əslində Kalaşnikov avtomatının hazırlanmasının əsasında məhz “StG 44” silahının konstruksiyası durur və bunu adi gözlə də görmək olur.

İkinci Dünya müharibəsi bitdikdən sonra "StG 44" avtomatının istehsalı ilə məşğul olan Henel firmasının yerləşdiyi ərazi rusların nəzarətinə keçir.1945-ci ildə Henel firması mülki malların istehsalı ilə məşğul olmasına baxmayaraq, onlar SSRİ-nin sifarişi əsasında 50 ədəd “StG 442 avtomatını yığıb SSRİ-yə göndərirlər. Eyni zamanda, 10785 vərəqdən ibarət hazırlama cizgisi də rusların əlinə keçir.

Sadə, ucuz və etibarlı olan AK-47 “üçüncü dünya” orduları üçün mükəmməl silah hesab olunur.

“T-34” tankı

“T-34” tankı 1940-1958-ci illərdə istehsalı edilən sovet tankıdır. Çoxları tərəfindən II Dünya Müharibəsinin ən yaxşı tankı hesab edilir. “T-34” bu günə qədər bir neçə dəfə dizayn edilib, ondan sonrakı bütün tanklar “T-34”dən nümunə götürüb. Şərq cəbhəsində alman ordusu bu tank qarşısında çarəsiz qalmışdı. “Tiger” və “Panther” tanklarının istehsalı ilə “T-34” döyüşdə mütləq üstünlüyünü itirsə də, Rusiya iqliminə uyğunluğu, tez istehsal olunması ilə əldə olunan say üstünlüyü alman əsgərlərini qorxudurdu. “T-34” atəş gücü, sürəti və möhkəmliyini balanslı şəkildə bir yerə toplayırdı. Bəzi hərbi tarixçilər onu dünyanın ilk əsas müharibə tankı hesab edirlər.

“T-34” tanklarının da öz çatışmazlıqları var idi. Qərb tanklarından fərqli olaraq, tank komandiri və atıcılar üçün yerlər ayrı idi. Bununla belə, 84 mindən çox “T-34” tankı istehsal olundu. Almanlara bu tanklardan istifadə edərək öz tankını istehsal etməyə qərar verdilər. Nəticədə daha effektiv və daha bahalı “Panther” ortaya çıxdı.

“Katyuşa” reaktiv artilleriya

“Katyuşa” Yekaterina adının qısaldılmış formasıdır. “Katyuşa” hərb tarixinin ən öldürücü artilleriya sistemlərindən biridir.

İlk “Katyuşa” olan BM-13 avtomobil üzərində qurulan reaktiv yaylım atəş sistemi idi. “T-34”lər kimi “Katyuşa”lar 1941-ci ildə alman qoşunlarını şoka saldı. Yalnız 7-10 saniyə ərzində 4,35 ton partlayıcı maddə 10 hektar sahəni külə çevirirdi. Almanlar “Katyuşa”ya cavabı “Nebelwerfer” reaktiv minaatanları hazırlayaraq verdilər.

“MİQ-15” təyyarəsi

“MiQ-15” 1947-ci ildə Artyom Mikoyan və Mixail Qureviç konstruktor bürosu tərəfindən yaradılmış 1 motorlu və bir yerlik təyyarədir. Rusiyanın ilk reaktiv təyyarəsidir. Təyyarədə “Rolls-Roysun Nene” turboreaktiv mühərriki “Klimov VK-1” adlandırılaraq istifadə edilib. ABŞ bu təyyarəyə qarşı “F-86 Thunder” təyyarəsini yaradıb. “MİQ-15” 1 ədəd 37 mm və 2 ədəd 23 mmlik top və idarə olunmayan raket daşıya bilir.

“MİQ-15” Koreya müharibəsində Amerika pilotlarını təəccübləndirilmişdilər. “MİQ-15”in yaradılmasında alman texnologiyası, həmçinin britaniyalıların Moskvaya satdığı mühərriklərdən istifadə olunub. Təyyarə sürəti və manevr qabiliyyəti ilə fərqlənirdi. İlk Amerika qırıcıları olan “P-80” və “F-84”lər ona qarşı durmağı bacarmadı. Sovet İttifaqı, Varşava Paktının üzvü olan ölkələrə 18 minə qədər “MİQ-15” satdı. Ümimilikdə bu qırıcılardan 40-dan çox ölkənin ordularında istifadə olunurdu.

RPQ-7

RPQ-7 Rusiyanın Kovrov silah zavodunda 1961-ci ildə istehsal edilib. 1962-ci ildən Varşava Paktının ordularında istifadə edilməyə başlayıb. Silah bugünə qədər də sinfinin ən təsirli və məşhur silahı olaraq şöhrətini saxlayır. RPQ-7-nin tanklarla mübarizədə inqilabı etdiyini demək ədalətsiz olardı. İkinci Dünya Müharibəsinin ikinci yarısında tank əlehinə qumbaraatanlardan tamamilə aktiv istifadə olunurdu. Onların arasında Amerika "Bazuka”, Britaniyanın PIAT-ı və nəhayət Almaniyanın “Panzerfaust”u var idi.

Ancaq demək olar ki, RPQ-7 ən məşhur əl qumbaraatanı oldu. RPQ-7 tezliklə kasıblar üçün yüngül artilleriyaya çevrildi. Məsələn, onun köməyilə Somalidə Amerika vertalyotları vurulurdu. RPQ-7-dən 1960-cı illərin başlanğıcından bütün münaqişələrdə geniş istifadə olunmağa başlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm