Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb
Bizi izləyin

Dünya

Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb

Bu barədə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov 23 - 24 yanvar tarixlərində Parisdə, Kiyev görüşünün davamı olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xİn-i Edvard Nalbandyan ilə ayrı-ayrılıqda görüşlər keçirmişdir.

Danışıqlar zamanı Ermənistan – Azərbaycan münaqişəsinin həlli ilə bağlı məzmunlu (substantiv), konkret və intensiv müzakirələr aparılmışdır. Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan Nazir ElmarMəmmədyarov bildirmişdir ki, Ermənistanın silahlı qüvvələri nə qədər tez Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa, bir o qədər qısa müddət ərzində də münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar.


Bir sıra substantiv məsələlər üzrə həmsədrlərlə müzakirələrin davam etdirilməsi barəsində razılıq əldə olunmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm