• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ağdamda avtomobil piyadanı vurub qaçdı

  • Dünya
  • 19 İyun 2014 08:25
  • 549 Baxış
Ağdamda avtomobil piyadanı vurub qaçdı

Ağdamda piyada avtomobil tərəfindən vurulub.


Hadisə iyunun 18-dən 19-na keçən gecə saat 24 radələrində rayonun İmamqulubəyli kəndində baş verib.

Yolu keçmək istəyən şəxsi yüksək sürətlə vuran sürücü yaralını köməksiz vəziyyətdə qoyub hadisə yerindən qaçıb. Məlum olub ki, yerli sakinlər tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı İmamqulubəyli kənd sakini, 1955-ci il təvəllüdlü Gözəlov Bəyəndik Yəhya oğludur.

Kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ciddi xəsarətlər alan B. Gözəlova ilkin tibbi yardım göstərildikdən sonra, o, Bərdə MRX-ya göndərilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Şahidlərin sözlərinə görə, hadisəni VAZ-2107 markalı minik maşını törədib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /ans/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR