• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ərdoğanı dinləyən tapıldı

  • Dünya
  • 19 İyun 2014 10:56
  • 420 Baxış
Ərdoğanı dinləyən tapıldı

Ankara Respublika Baş prokurorluğu baş nazir Rəcəb Tayyib Ərdoğanın iş ofisində dinləmə qurğusu yerləşdirəni müəyyənləşdirib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Baş prokurorluqdakı mənbələr dinləmə qurğusunu şübhəli sayılan 11 nəfərdən birinin yerləşdirdiyinin bildirib.

Ankara terrorla mübarizə şöbəsində şübhəlilərlə bağlı araşdırmalar davam edir. “Böcək istintaqı” çərçivəsində nəzarətə alınanların mobil telefon danışıqları da istintaq sənədlərinə əlavə edilib.

Mərhum Bülent Ecevitin mühafizəçisi olan keçmiş millət vəkili Recai Birgün baş nazir Ərdoğanın ofisində yerləşdirilən dinləmə qurğusu və mühafizə sistemi barədə dəyişib. “Dinləmə qurğusunun yerləşdirilməsi və bu kimi işləri ən yaxın ətrafımızda olanlar görər. Mühafizəçilərimizdən xəbərsiz heç bir şey edə bilməzlər. Hər kəs hər şeyi bilmək məcburiyyətində deyil, amma bir və ya iki adamdan xəbərsiz quş belə uçmaz”, – keçmiş millət vəkili deyib.

Xatırladaq ki, bu ilin fevral ayında Türkiyə baş nazirinin Ankaranın Keçiören mahalında yerləşən evindəki iş otağına dinləmə qurğuları yerləşdirilmişdi. “Milliyet” qəzeti dinləmə qurğuları yerləşdirən polislərdən birinin şirkət qurduğunu yazmışdı.

Daha sonra baş nazir də dinləmə qurğularını yerləşdirənlərin xaricə qaçdığını bildirmişdi.

Şübhəli olaraq adı çəkilən polis rəislərindən biri A.T. ABŞ-da tibb təhsili aldıqdan sonra Türkiyəyə qayıdıb və Baş Nazirlik Mühafizə İdarəsində vəzifəyə təyin olunub. Kamera quraşdırılması və digital texnologiya sahəsində mütəxəssis olduğu deyilən A.T. bir müddət əvvəl polis təşkilatından istefa verib. Aparılan araşdırmalardan sonra onun kamera sistemlərinin quraşdırılması üzrə tenderlərə qatılan şirkətin “gizli” sahibi olduğu məlum olub. Şirkətlə bağlı aparılan araşdırmalar da A.T.-nin şirkətdə əsas söz sahibi olduğunu müəyyənləşdirib. Həmin şirkətin bir müddət əvvəl Baş Nazirlik tərəfindən digital kamera sisteminin alınması ilə bağlı elan edilən tenderə qatıldığı, amma qalib gəlmədiyi bildirilir.

Aparılan apaşdırmalar nəticəsində polis rəisi A.T.-nin ona yaxın olan və eyni zamanda Baş Nazirlik Mühafizə İdarəsində çalışan polis məmuruna sözügedən şirkətdə vəzifə verdiyi müəyyənləşdirilib. A.T.-nin yaxını olan və Baş Nazirlik Mühafizə İdarəsində çalışan polis məmuru S.D.-nin rəsmi şəkildə xaricdə səfərdə olduğu ortaya çıxıb. İstintaq sənədində adı keçən S.D.-nın da A.T. kimi digital sistemlər üzrə mütəxəssis olduğu bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR