Moskvanın taleyi Poroşenkonun fərmanından asılıdır
Bizi izləyin

Dünya

Moskvanın taleyi Poroşenkonun fərmanından asılıdır

Moskvanın taleyi Poroşenkonun fərmanından asılıdır

Ukrayna hakimiyyəti son günlər Rusiya ilə hərbi əməkdaşlığın dayandırıldığı barədə ardıcıl bəyanatlar verir. Əsas diqqət isə “RS-20V” (NATO-nun təsnifatında “İblis”) qitələrarası ballistik raketləridir. Bu raketlər Ukraynanın Rusiyaya satdığı və təmir etdiyi hərbi məhsullar arasında xüsusi yer tutur.

Publika.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, Ukraynanın “Cənub" konstruktor bürosundan Rusiyanı rahatladacaq açıqlama gəlib.

“Cənub” konstruktor bürosunun (Dnepropetrovsk) nümayəndəsi “İblis” qitələrarası raketlərin servis xidmətinin dayandırılmayacağını deyib. “İblis” dünyada ən yaxşı strateji silahlardan hesab edilir. Bu raketlər 1973-cü ildə Dneprepetrovskdakı “Cənub” konstruktor bürosunda hazırlanıb və 1975-ci ildə sovet ordusunun silahlandırılmasına qəbul edilmişdi. “RS-20CV” 10 min kilometr məsafəyə 10 döyüş başlığı çatdıra bilir. “İblis”ın 2022-ci ilə qədər Rusiya ordusunun silahlanmasına qəbulu nəzərdə turulur. Raketləri daha sonra “Topol-M” və “Yars” yerüstü strateji kompleksləri əvəz etməlidir.

Üç gün bundan əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Rusiya hərbi sənaye kompleksi ilə əməkdaşlığın dayandırılması barədə göstəriş verib. Bununla belə “Cənub” konstruktor bürosu “İblis” strateji raketlərə xidmətin dayandırılması haqqında informasiyanı təkzib edib. Müəssisədən bildirilib ki, Rusiya tərəfi ilə müqavilədən Ukraynanın çıxması yalnız prezident müvafiq fərmanı ilə mümkündür.

Ukrayna hərbi eksperti Vyaçeslav Seluyko da təsdiqləyib ki, sözügedən əməkdaşlığın dayandırılması yalnız prezident müvafiq fərmanın qüvvəyə minməsindən sonra həyata keçirilə bilər.

Analiz və Strategiyalar Mərkəzinin eksperti Andrey Frolov xatırladıb ki, Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov Rusiya ilə hərbi əməkdaşlığın dayandırması haqqında fərman vermişdi. Amma həmin vaxt “Cənub” konstruktor bürosu belə bir perspektivlə razılaşmadı. Rusiya tərəfi isə Poroşenkonun belə bir fərman verəcəyi halda da öz gücləri ilə “İblis”lərin istismar müddətini uzada biləcəyini bildirir.

Ekspertlər bildirir ki, Rusiya raketlərə xidmətin qarşılığında Ukrayna müəssisəsinə ildə təxminən 10 milyon dollar ödəyir. Məlumata görə, 2008-ci ildə Rusiya ordusunda 75 ədəd “RS-20V” var idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm