• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İngiltərədən İraqa 5 milyon sterlinq yardım

  • Dünya
  • 19 İyun 2014 12:49
  • 523 Baxış
İngiltərədən İraqa 5 milyon sterlinq yardım

İngiltərə baş naziri Devid Kameron İraq Şam İslam Dövləti (İŞİD) terrorçularının İngiltərəyə hücum etmək istədiklərini açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Baş naziri Devid Kameron mətbuat konfransında sualları cavablandırıb. Baş nazir İraqda baş verənlərlə və İŞİD terror təşkilatı ilə bağlı sualları da cavablandırıb.

İŞİD-in tərkibində Əfqanıstan və Pakistandan olan yaraqlıların böyük təhlükə olduğunu bildirən Kameron terror təşkilatının İngiltərəyə qarşı hücum planlaşdırdığını qeyd edib. Kameron həmçinin İraqa 5 milyon sterlinq (6 milyon 665 min manat – red) humanitar yardım etdiklərini diqqətə çatdırıb.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR