ATƏT-in itkin düşən monitorinq missiyası üzə çıxdı
Bizi izləyin

Dünya

ATƏT-in itkin düşən monitorinq missiyası üzə çıxdı

ATƏT-in itkin düşən monitorinq missiyası üzə çıxdı

ATƏT Ukraynanın şərqində itkin düşən monitorinq missiyasının üzvləri ilə əlaqə yarada bilib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, missiyanın 8 nümayəndəsi itkin sayılırdı.

ATƏT-in nümayəndəsi missiya üzvlərinin sağ olduğunu bildirib.

“Biz monitorinq üzvlərinin dərhal və qeyd-şərtsiz azad edilməsini istəyirik. ATƏT-in monitorinq missiyasının nümayəndələrinin əsir saxlanılması mənasızdır. Çünki onlar obyektivdir və hər hansı tərəfə xidmət etmirlər”, –ATƏT-in nümayəndəsi deyib.

Xatırladaq ki, ATƏT-in monitorinq missiyasının 4 üzvü 26 may tarixində Donetsk vilayətində, digər 4 üzvü isə 29 mayda Luqansk vilayətində itkin düşmüşdü.

Ukrayna Təhlükəsizlik Xidməti missiya üzvlərinin Luqanskda rus kazakları tərəfindən oğurlandığını açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm