• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Tiflisdə Bakıdan şikayət: “Bu təkcə Rusiya və Ermənistandan asılı deyil”

  • Dünya
  • 19 İyun 2014 16:10
  • 380 Baxış
Tiflisdə Bakıdan şikayət: “Bu təkcə Rusiya və Ermənistandan asılı deyil”

Gürcüstanda səfərdə olan Ermənistan Prezidenti Serj Sarkisyan Abxaziyadan keçən Gürcüstan-Rusiya dəmiryolunun bərpasını arzuladığını bildirib.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, S.Sarkisyan bu mövzuda hələ “ciddi danışıqlar” aparılmadığını deyib.

“Hələlik bu mövzuda ciddi danışıqlar yoxdur. Amma biz bu yolun fəaliyyətə başlamasını istəyirik. Bu dəmiryolu xətti bizim üçün həyati əhəmiyyət daşıyır”, - S.Sarkisyan “Rustavi-2” telekanalına müsahibəsində qeyd edib.

Ermənistan prezidenti əlavə edib ki, dəmiryolunun açılışı yalnız Ermənistan və Rusiyadan deyil, həm də başqa tərəflərdən asılıdır: “Buna görə də biz bu məsələdə fəal işləyirik".

Daha əvvəl Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili bildirmişdi ki, Abxaziyadan keçən dəmiryolunun açılışı məsələsi hələ konkret müzakirə mərhələsində deyil. Amma o, məsələnin Gürcüstan və Rusiya rəsmiləri arasında gələcəkdə müzakirələrin predmeti ola biləcəyini bildirib. Bundan əvvəl isə “Rusiya Dəmir Yolları” ASC-nin rəhbəri Vladimir Yakunin bildirmişdi ki, dəmiryolunun açılışı məsələsinə diqqət yetirməyin vaxtı çatıb.

Xatırladaq ki, Abxaziya və Gürcüstandan keçməklə Ermənistana qədər uzanan dəmir yolu 20 ildir ki, işləmir. Ötən ilin sentyabrında Kremldə Sərkisyan-Putin görüşü çərçivəsində dəmir yolunun açılması ilə bağlı da razılıq əldə edildiyi deyilirdi. Ötən ilin yanvarında isə işğalçı ölkə üçün strateji əhəmiyyətə malik sözügedən dəmiryolunun açılması təşəbbüsü ilə Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili Ermənistana səfəri zamanı çıxış etmişdi. Abxaziya təşəbbüsə soyuq yanaşmış, Rusiya isə gözləmə mövqeyi tutmuşdu.

Ermənistanın təcrid edilməsi siyasətini davam etdirən Azərbaycan isə buna qarşı çıxır. Çox güman ki, Ermənistan prezidenti dəmiryolunun açılışı yalnız Ermənistan və Rusiyadan deyil, həm də başqa tərəflərdən asılıdır” deyəndə ilk növbədə Azərbaycanı nəzərdə tutur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR