Ukrayna ordusundan separatçılara daha bir zərbə
Bizi izləyin

Dünya

Ukrayna ordusundan separatçılara daha bir zərbə

Ukrayna ordusundan separatçılara daha bir zərbə

Ukrayna terrorçuluğa qarşı əməliyyat gücləri terrorçulara qarşı daha bir uğurlu əməliyyat keçirib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Donetsk vilayətinin Krasnıy Port şəhəri yaxınlığındakı Yampol qəsəbəsi terrorçulardan təmizlənib.

Amma yerli sakinlər qəsəbə ətrafında atışma səslərinin hələ də eşidildiyini bildirib. Terrorçuluğa qarşı əməliyyat gücləri həmçinin Kirovsk qəsəbəsini nəzarət altına alıb.

Xatırladaq ki, Donetsk vilayətinin Krasnıy Port rayonuna hücum bu gün saat 4:00 radələrində başlayıb. Rayonda son günlər terrorçuların toplandığı müşahidə olunurdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm