Erməni politoloq: “İrəvan Rusiya ilə bağlı həbsxana siyasəti aparmağa məcbur edilir”
Bizi izləyin

Dünya

Erməni politoloq: “İrəvan Rusiya ilə bağlı həbsxana siyasəti aparmağa məcbur edilir”

“Ermənistan Rusiya ilə bağlı ehtiyatlı siyasət aparmalıdır”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu fikirləri politoloq Sergey Minasyan jurnalistlərə açıqlamasında deyib.

Erməni politoloq bildirib ki, Avropa Birliyinə Ukraynanın inteqrasiyası prosesində keçən ilin sonunda baş verənlər İrəvan üçün açıq nümunə və dərs olmalıdır. O qeyd edib ki, Moskva bu gün Ermənistanı Rusiya ilə bağlı həbsxana siyasəti aparmağa məcbur edir.

Ermənistanın Gömrük İttifaqı və Avrasiya İqtisadi İttifaqına girişdən sonra hansı statusda olmasına gəlincə, S.Minasyan ölkəsinin bu qurumlarda tamhüquqlu iştirakçı və təsisçisi iddiasında olmadığını vurğulayıb. Onun sözlərinə görə, prezident Serj Sarkisyan bunu hələ 3 sentyabr 2013-cü il tarixində bilirdi. Erməni politoloq həmçinin qeyd edib ki, Avrasiya İqtisadi İttifaqa üzv olandan sonra bu amil əhəmiyyətli rol oynamayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm