İşğal, yoxsa müharibənin nəticəsi? – Britaniya mediasında Dağlıq Qarabağ
Bizi izləyin

Dünya

İşğal, yoxsa müharibənin nəticəsi? – Britaniya mediasında Dağlıq Qarabağ

İşğal, yoxsa müharibənin nəticəsi? – Britaniya mediasında Dağlıq Qarabağ

Böyük Britaniyanın Beynəlxalq Sülh və Müharibə Araşdırmaları Təşkilatının (İWPR) saytında erməni jurnalisti Yekaterina Poqosyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazısı dərc edilib.

Publika.az-ın verdiyi xəbərə görə, Ermənistanın Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ötən ay açıqladığı təkliflərindən narahat olduğunu qeyd edib.

Y.Poqosyan bildirir ki, ermənilər Dağlıq Qarabağın ətrafındakı torpaqların işğal edilmədiyini və yaranmış vəziyyətin müharibənin nəticəsi olduğunu iddia edir. “Amerikalı diplomatın təkliflərini erməni vətəndaşları onların xeyrinə hesab etmədilər. Dağlıq Qarabağdakı yerli erməni rəhbərliyi də diplomatın bəyanatını qəti şəkildə qəbul etmədiyini açıqladı”,– erməni jurnalisti yazır.

Poqosyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransanın münaqişənin həlli üzrə tərəflərin təsirli bir qərar qəbul etməsinə çalışdığını, amma münaqişənin 1994-cü ildən faktiki olaraq dondurulduğunu bildirib: “Vaşinqtonun Karnegi Fondunda Uorlikin 7 mayda etdiyi çıxışı atəşkəs rejiminin 20-ci ildönümünə təsadüf edirdi. O, münaqişənin nizama salınmasını nəzərdə tutan altı prinsipi açıqladı. Hansı ki, bu prinsiplər 2007-ci ildən müzakirə edilir və o vaxtdan bəzi dəyişikliklər edilib. Məşhur Madrid prinsipləri kimi Dağlıq Qarabağa referenduma qədər aralıq statusunun verilməsi, Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını, qaçqınların evlərinə qayıtmasını, Dağlıq Qarabağ və Ermənistan arasında dəhlizin yaradılmasını nəzərdə tutur. Baxmayaraq ki, Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması əsas prinsipdir, bir çox erməni siyasətçiləri və analitikləri Azərbaycanın xeyrinə dəyişikliyin olduğunu qeyd edirlər”.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın fikirlərinə yer verən erməni jurnalisti qeyd edir ki, nazir Azərbaycanın Ermənistandan fərqli olaraq atəşkəs rejiminin möhkəmləndirilməsi barədə həmsədr ölkələrin çoxsaylı təkliflərini rədd etməkdə davam edir. “Edvard Nalbandyanın qeyd edir ki, hadisələrin araşdırılması mexanizminin yaradılması və təmas xəttindən snayperlərin geri çəkilməsi təklifləri Azərbaycan tərəfindən rədd edilir”,– erməni jurnalist qeyd edib.

Y.Poqosyan bildirir ki, Ermənistan parlamenti xarici əlaqələr komitəsinin sədri Artak Zakaryanın da amerikalı həmsədrin açıqladığı prinsiplərə münasibətinə yer verib: “Bu prinsiplər ümumiyyətlə qəbuledilməzdir. Hamı bilir – bu, işğal deyil, Azərbaycanla müharibənin nəticəsidir. Qarabağ ətrafındakı rayonlar, yalnız Qarabağda deyil, həm də bütün regionda təhlükəsizliyin saxlanılması üçün əhəmiyyətli amildir”.

“Özünü müstəqil dövlət elan etmiş, amma BMT üzvlərindən heç birinin tanımadığı Dağlıq Qarabağın hökuməti Uorlikin çıxışı ilə razılaşmadı. Azərbaycan Qarabağla əməkdaşlıq etməkdən imtina edir və yalnız Ermənistanla danışıqlar aparır”,– erməni jurnalist sonda bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm