Avstraliya İraqa ordu göndərdi
Bizi izləyin

Dünya

Avstraliya İraqa ordu göndərdi




İŞİD günü-gündən İraqda daha da gücləndiyindən Avstraliya bölgədəki səfirliyini qorumaq üçün Bağdada kiçik ordu qüvvəsi göndərib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya Müdafiə Nazirliyinin sözçüsündən verilən açıqlamaya görə, Bağdada göndərilən əsgərlər səfirliyin təhlükəsizliyini təmin edəcək. Açıqlamada göndərilən əsgər sayı barədə məlumat verilməyib.

Avstraliya baş naziri Tony Abbott da Federal Parlamentdəki nitqində qeyd edib: “Hökumətimizin hədəfi Bağdadda olan vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək, lazım gəlsə, onları təhlükəsiz şəkildə bölgədən çıxarıb sakit bir yerə aparmaqdır”.

Xatırladaq ki, Avstraliya ordusu 8 il İraqda olandan sonra cəmi 6 ay idi ki, İraqı tərk etmişdi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm