Hərbi hissəyə hücum olub
Bizi izləyin

Dünya

Hərbi hissəyə hücum olub

Hərbi hissəyə hücum olub

Ukraynanın Artemovsk şəhərindəki hərbi hissəyə bu gecə terrorçular hücüm edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, hücum antiterror gücləri tərəfindən dəf edilib.

Bir hərbi qulluqçu yaralanıb. Terrorçuların itkiləri barədə məlumat verilmir.

Məlumata görə, hazırda ən şiddətli döyüşlər Donetsk vilayətinin Krasnıy Liman şəhəri yaxınlığında gedir. Antiterror əməliyyatlarının keçirilməsinə ərazidə dinc əhalinin olması çətinlik yaradır.

Xatırladaq ki, Krasnıy Liman şəhəri yaxınlığındakı Yampol qəsəbəsi dünən terrorçulardan təmizlənib. Terrorçuluğa qarşı əməliyyat gücləri həmçinin Kirovsk qəsəbəsini nəzarət altına alıb.

Ukrayna mediasının yazdığına görə, döyüşlərin getdiyi ərazidə Rusiya kanallarından birinin əvvəlcədən quraşdırılmış avadanlığı müəyyən edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm