• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanlı milyarderin Türkiyədə daha bir "qəhrəman"lığı - VİDEO

  • Dünya
  • 20 İyun 2014 11:53
  • 3 203 Baxış
Azərbaycanlı milyarderin Türkiyədə daha bir "qəhrəman"lığı - VİDEO

Bodrumda istirahət edən iki tələbə Rza Zərrabı gördüyü zaman “oğru var” deyə qışqırdıqlarından biznesmenin cangüdənləri onları döyüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bodrumda iki günlük gəmi turuna çıxan İstanbul Texniki Universitetin bir qrup tələbəsi Rza Zərrabın yaxtası ilə qarşılaşıblar. Elə həmin vaxt tələbələrdən ikisi “oğru var”, “bu yaxtanı hansı pulla aldın?” deyə qışqırıb.

Tur bitdikdən sonra Bodrum bələdiyyə meydanında gəzişən həmin iki tələbə (B.B. və Y.C.) avtomobildən düşən iki nəfər tərəfindən döyülüb. Ətrafdakılar təcili tibbi yardım çağırıb.

Tələbələr onları döyənlərin Rza Zərrabın cangüdənləri olduğunu iddia ediblər.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR