"O, gecə yuxuda olan ailələri, uşaqları, qadınları öldürüb"
Bizi izləyin

Dünya

"O, gecə yuxuda olan ailələri, uşaqları, qadınları öldürüb"

Kerri sülh naminə Əsədi vəzifəsindən getməyə çağıraraq, əks halda ölkədə heç cür sabitliyin olmayacağı barədə xəbərdarlıq edib

ABŞ-ın dövlət katibi Con Kerri Suriya prezidenti Bəşər Əsədin vəzifəsində qaldığı müddətdə müxaliflərin döyüşü buraxmayacağını söyləyib.

Anspress-in məlumatına görə, Suriyaya dair "Cenevrə-2" sülh konfransında danışan Kerri: "Sizə Əsədin gələcəkdə yerinin olmadığını sadə bir şəkildə izah edim: əvvəlcə öz ölkəsində yaratdığı fövqəladə təxribat səbəbiylə qala bilməz. O, universitet tələbələrini və həkimləri "Scud" raketləri ilə öldürüb. O, gecə yuxuda olan ailələri, uşaqları, qadınları, yaşlıları kimyəvi silahla öldürüb. O, döyüş qanunvericiliyinə zidd şəkildə vətəndaşlara qarşı toplarla, barrel bombalarıyla fövqəladə güc tətbiq edib", - deyib.

Əsədin 130 min insanı öldürərək itirdiyi hökumətini gələcəkdə yenidən qazanmaq şansını da itirdiyini ifadə edən Kerri, "Buna görə Əsəd yerində qaldıqca, müxaliflər döyüşəcəklər" fikrini səsləndirib.

Kerri ölkəsinin gələcəyi və sülh naminə Əsədi vəzifəsindən getməyə çağıraraq, əks halda ölkədə heç cür sabitliyin olmayacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Con Kerri Suriyada 11 min məhbusun ac buraxılaraq işgəncəyə məruz qalması şəkillərini də isanlıq üçün tragediya hesab etdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm