ABŞ İraqda nə edəcək? – Mümkün variantlar
Bizi izləyin

Dünya

ABŞ İraqda nə edəcək? – Mümkün variantlar

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizə üçün İraqın yardım istədiyi ABŞ-ın hansı addımlar atacağı maraqla gözlənilir.

Atılacaq addımların ümumi planda məlum olduğu deyilir. Məlumata görə, 300 hərbi məsləhətçinin İraqa göndəriləcəyi artıq dəqiqləşib. Vaşinqtonun məhdud çərçivədə hava əməliyyatları ssenarisinə hazırlaşdığı deyilir.

Bununla belə “Yol xəritəsi”nin bütün komponentləri hələlik məlum deyil.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ağ Ev və Konqres dəhlizlərində nəzərdən keçirilən bir çox variant var.

“New York Times” qəzetinə danışan üst səviyyə bir səlahiyyətliyə görə, məhdud çərçivədə hava hücumları alternativlərdən biridir. Amma o, bu variantın qısamüddətli icra edilməsinin mümkün olmadığını deyir.

Amerikalı səlahiyyətlilərə görə, əsas çətinlik İŞİD silahlılarının vahid forma geyinməməsi, eləcə də gecələri eyni nöqtələrdə keçirməməsidir. Hesab edilir ki, ABŞ prezidenti hava hücumu barədə təlimat versə də, bu İraq müharibəsindəki hava əməliyyatlarından çox fərqli olacaq.

Bir başqa variant isə İraqla ortaq kəşfiyyat qərargahlarının yaradılmasıdır. Məlumata görə, hazırda İraqda ABŞ ilə ortaq hərəkat mərkəzləri yaradılıb. İraq ordusunun əldə etdiyi məlumatlar, peyk görüntüləri, pilotsuz təyyarələrin əldə etdiyi görüntülər birlikdə qiymətləndiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm