İŞİD Səddamın zavoduna girdi
Bizi izləyin

Dünya

İŞİD Səddamın zavoduna girdi

Terror təşkilatının İraqın devrilmiş lideri Səddam Hüseynin qurduğu kimyəvi zavoda daxil olduğu bildirilir.

Publika.az xəbər verir ki, İsrailin “Hareetz” qəzetinin yazdığına görə, vəhhabilərdən ibarət İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı İraqda kimyəvi zavodun ərazisinə daxil olub. Müəssisə müharibə vaxtı yararsız hala düşsə də, orada təhlükə doğura biləcək detallar var və terrorçuların bu addımı böyük bir fəlakətə səbəb ola bilər.

Bu barədə “Wall Street Journal” qəzetinə açıqlama verən ABŞ dövlət adamı İŞİD-in müharibədən qalan bu zavoddakı detallardan silah düzəltmək bacarığına sahib olmadığını bildirib, həmçinin zavodda qalan detalların yararsız olduğunu qeyd edib. Daşınma üçün isə onlar hədsiz ağırdır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm