Rusiyada faciə - 10 əsgər öldü
Bizi izləyin

Dünya

Rusiyada faciə - 10 əsgər öldü

Hadisə Rusiyanın Yaponiya ilə sərhəddindəki Kunaşir adası yaxınlığında baş verib

Hadisə Rusiyanın Yaponiya ilə sərhəddindəki Kunaşir adası yaxınlığında baş verib.

AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Federal Sərhəd Xidmətinin Saxalin sərhəd dəstəsinin 10 əməkdaşı qayığın aşması nəticəsində suda boğulublar.

Verilən məlumata görə, brokonyer fəaliyyəti ilə məşğul olan gəminin saxlanılması üçün əraziyə yollanan hərbiçilər rezin qayıqlarda olublar. Sahildən 500 metr uzaqlıqda gəmiyə yaxınlşamağa çalışan qayıq güclü dalğaların təsiri ilə sulara qərq olub.

Hadisə yerinə cəlb edilən xilasedicilər 4 nəfərin cəsədini çıxara bilsələrdə, 6 sərhədçinin axtarışı hələ də davam etdirilir.
Cənubi Kuril buxtasında axtarış əməliyyatları davam etdirilir. Əsas problem kimi dalğaların cəsədləri uzaq məsafələrə aparması göstərilir.

Rusiya Federal Sərhəd Xidməti hələ ki, faktla bağlı rəsmi açıqlama yaymayıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm