Rza Zərrab səfirin qətlinə nə qədər pul ayırıb? - İDDİA
Bizi izləyin

Dünya

Rza Zərrab səfirin qətlinə nə qədər pul ayırıb? - İDDİA

Türkiyədə rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs olunan iş adamı Rza Zərrabın Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil əl Cubeyrə qarşı planlaşdırılan sui-qəsd planında iştirak etməsi araşdırılır.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil əl-Cubeyri 2011-ci ildə Vaşinqtonda bir restoranda öldürməyi planlaşdıran İran əsilli ABŞ vətəndaşı Mənsur Ərbabsiaranı araşdıran Federal Tədqiqat Bürosu (FTB) sui-qəsd üçün göndərilən 1.5 milyon dolların izi ilə Rza Zərraba çatıb.

Publika.Az –ın xarici mediaya istinadən verdiyi məlumata görə, 17 Dekabr “Böyük rüşvət əməliyyatı”nda həbs olunan Cənubi Azərbaycan əsilli milyarder Rza Zərrab tərəfindən 1,5 milyon dolların ödənildiyi iddia edilir.

Pulu göndərən 2 şirkət hazırda məhbus olan R.Zərrabın istifadə etdiyi “Rococo Center”dəki “Azara” idxalat-ixracat və “Həcər Zərgərlik”dir.

M.Ərbabsiar ifadəsində Vaşinqtonun ən işlək bölgələrindən birində səfir yemək yeyərkən bombanı partladaraq sui-qəsdi həyata keçirmək istədiklərini etiraf etmişdi. O, dünyada terrorçu təşkilat kimi tanınan “Qüds gücləri”nin nümayəndəsi Qolam Şakuri ilə çalışdığını, Şakurinin təlimatı ilə hərəkət etdiyini bildirmişdi.

Sui-qəsd planını deşifrə edən FTB Ərbabsiarı saxlaya bilsə də, Şakuri qaçmağı bacarmışdı. Ərbabsiarın əlaqələrini araşdıran FTB İstanbulda fəaliyyət göstərən “Azara” idxalat-ixracat ticarət və “Həcər Zərgərlik” şirkətləri tərəfindən sui-qəsddən əvvəl 1,5 milyon dollar məbləğində pul köçürüldüyünü müəyyənləşdirib. “Həcər Zərgərlik” şirkətinin qurucuları arasında isə Zərrab ilə birlikdə həbs olunan və mülkiyyətinə həbs qoyulan Abdullah Happaninin qohumu Abdülqadir Happani də var.

2011-ci ildə həbs olunan M. Ərbabsiar “Səudiyyə səfirinə sui-qəsd” iddianamədəki boşluqlara baxmayaraq, 2013-cü il may ayında 25 il həbs cəzasına məhkum edilib. O, ittihamları ilk olaraq rədd etsə də, sonradan etiraf etmişdi. İddianamədə Türkiyənjin adı yoxdur, adı çəkilməyən bir ölkədən ABŞ-a 100 min dollarlıq bir pul transferindən bəhs edilir. FTB-nin digər ölkələrlə yazışmaları isə ictimaiyyətə açıq qeydlərdə yer almayıb.

11 Oktyabr 2011-ci ildə ABŞ-ın ədliyyə naziri Erik Holder bir mətbuat konfransı təşkil edərək İran hökuməti ilə əlaqəli şəxslərin Səudiyyə səfirini bir restoranda öldürmək üçün 1,5 milyon dollarlıq plan hazırladığını açıqladı. İddialara görə, Ərbabsiar bir neçə dəfə Meksikaya gedib hücum planı üçün zəmin hazırlamaq istəyirdi. O, səfiri öldürəcək 4 adam axtarır, 1,5 milyon dollar təklif edirdi. Ərbabsiar 1-9 Avqust 2011-ci il tarixlərində ABŞ-a xaricdən (ölkənin adı açıqlanmır) 100 min dollarlıq pul transferi edib. Nyu-Yorkdakı alıcı hesab da əslində FTB-yə aid idi. O, 29 Sentyabr 2011-ci ildə Meksikaya uçsa da, ölkə daxil olmasına icazə verilməyib. Geri qayıdanda isə həbs olunub.

Amerikalı rəmilərə görə, Ərbabsiar səfirin öldürülməsi üçün yalnız bir vasitəsi idi. Əsl planlayıcı isə “Qüds Gücü”nun nümayəndəsi olduğu deyilən Q. Şakurinin hazırda İranda yaşadığı deyilir. Ərbabsiarın tutulmasına isə Şakuri ilə etdiyi son danışığında “İşi tez bitir, çox gecikdik” deməsi səbəb olub.

Beynəlxalq mediadakı ümumi görüntü isə, sui-qəsd iddiasının çox inandırıcı olmadığı şəklində idi. Bəzi ABŞ səlahiyyətliləri belə “İran niyə həvəsli şəkildə bu işə girişsin” demişdi. Bəziləri ilə bunun ABŞ ilə İranı müharibəyə sürükləmək istəyən lobbilərin işi olduğunu söyləmişdi.

Sui-qəsd üçün pul transferini etdiyi deyilən “Azara” idxalat-ixracat “Həcər Zərgərlik” şirkətləri İstanbul Ticarət Evində qeydiyyatdadır. Hər iki şirkətin ünvanı “Rococo Center”dir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm