Çeçenistandan separatçılara hərbi texnika göndərilir
Bizi izləyin

Dünya

Çeçenistandan separatçılara hərbi texnika göndərilir

Ukraynanın Luqansk və Donetsk vilayətlərində Rusiya bayraqları altında hərbi texnika karvanları hərəkət edir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ali Radada çıxışında Ukrayna müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Mixail Koval bildirib.

Onun sözlərinə görə, Ukraynaya Rusiyadan 10 ədəd BM-21 “Qrad” reaktiv yaylım atəş sistemi, “T-64” tankları və digər hərbi texnika daxil olub.

“Bizdə olan operativ informasiyaya görə, 10 ədəd BM-21 “Qrad” reaktiv yaylım atəş sistemi Ukrayna ərazisinə daxil olub. Onlardan biri məhv edilib. Biz bu hərbi texnikada onun Rusiyanın Cənub hərbi dairəsinin Çeçenistan Respublikasındakı 18-ci motoatıcı briqadasına məxsus olduğu barədə faktlar əldə etdik”, - M.Koval deyib.

O, Ukraynada 3 ədəd “T-64” Rusiya tankı və 7 ədəd BTR-in (zirehli transportyor) Ukraynada aşkar edildiyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm