Ukrayna prezidenti 3 nəfərə Milli Qəhrəman adı verdi
Bizi izləyin

Dünya

Ukrayna prezidenti 3 nəfərə Milli Qəhrəman adı verdi

Ukrayna prezidenti Petro Poroşenko üç Ukrayna hərbçisinə Milli Qəhrəman adı verib.

Ukrayna prezidenti Petro Poroşenko üç Ukrayna hərbçisinə Milli Qəhrəman adı verib.

Onlar ölkənin şərqində terrorçuluğa qarşı əməliyyatın gedişatında həlak olan hərbçilərdir.

"Qızıl Ulduz" ordeninə ölümündən sonra podpolkovnik Konstantin Moqilko, polkovnik Taras Senyuk və general-mayor Serqey Kulçitski layiq görülüb. /Ans/

General-mayor Serqey Kulçitski mayın 29-da separatçılar tərəfindən Slavyansk səmasında vurulan vertolyotda olub.

Taras Senyuk 95-ci hava-desant briqadasının tərkibində iyunun 3-də həlak olub. Rusiyameylli döyüşçülər pusqudan blokpostları atəşə tutaraq bir neçə desantı öldürmüşdü.

Konstantin Moqilko iyunun 6-da terrorçular tərəfindən Slavyansk səmasında vurulan təyyarənin komandiri olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm