Sabiq vitse-prezident: “Bu, sünni ərəblərinin inqilabıdır”
Bizi izləyin

Dünya

Sabiq vitse-prezident: “Bu, sünni ərəblərinin inqilabıdır”

İraqın sabiq vitse-prezidenti Tariq əl-Haşimi İraqdakı son vəziyyətlə bağlı CNN Türk xəbər kanalının suallarını cavablandırıb.

Publika.az-ın verdiyi xəbərə görə, hazırkı iqtidar dövründə terrora dəstək verdiyi iddiası ilə edam cəzasına məhkum edilən Tarık əl-Haşimi baş nazir Nuri əl-Malikinin postunu tərk etməli olduğunu deyib.

Türkiyəyə sığınan sünni siyasətçi “artıq Maliki ilə davam etmək çətindir. Beynəlxalq cəmiyyətin gözləntisi də budur. Maliki artıq kreslosunu buraxmalıdır” vurğulayıb.

İraqın sabiq vitse-prezidenti İŞİD hücumlarından sonra “hədəflərimizin bəziləri üst-üstə düşür” açıqlaması ilə diqqət çəkmişdi. Onun sözlərinə görə, İŞİD-in hücumları əslində bir inqilabdır: “Bu, təzyiqlərə məruz qalan ərəb sünnilərin bir üsyanıdır. Bu üsyanda mülayim sünnilərlə radikal sünnilər arasında fərq var. Sünni inqilabının əsas tələbi islahatların Bağdaddan həyata keçirilməsidir. Biz iqtidarın bölünməsində şəffaflıq və insan haqlarına söykənən bir nizam istəyirik. Bizim radikal ünsürlərlə əlaqəmiz yoxdur. İŞİD-in Mosulda etdikləri diqqət çəkə bilər, amma bu modeli İraqda tətbiq edə bilməzlər”.

Tariq əl-Haşimi İraqda baş verənləri “məzhəb döyüşü” olaraq xarakterizə edib. İraqın parçalanması ehtimalına gəlincə, sabiq vitse-prezidenti İraqın ərazi bütövlüyünü tərəfdarı olduğunu deyib: “Amma hadisələr bu şəkildə inkişaf edərsə, çətin olacaq. Sünni ərəblər İraqın bütövlüyünün tərəfdarıdır. Amma Malikinin hazırkı siyasətindən sonra xalq da başqa axtarışlara baş vura bilər. Belə olan halda isə ölkənin coğrafi quruluşu ilə bağlı yenidən düşünməkdən başqa variant qalmır”.

O, Kərkükün peşmergenin nəzarətinə keçməsi ilə regional kürd rəhbərliyinin gücünü artırdığını və müstəqillik ssenarisinin daha yüksək səslə ifadə olunduğunu vuğulayıb. Tarık əl-Haşimi “kürdlər belə bir şey etsə, onları günahlandıra bilmərəm” deyir: “Hazırkı vəziyyət kürd xalqının arzularını əks etdirir. Bir iraqlı olaraq kürdlərin ərazi bütövlüyü olan bir İraqda qalmasını arzu edirəm. Amma onları buna məcbur edə bilmərik, gələcəklərinə özləri qərar verərlər. Əgər müstəqilliyini elan etsələr, bu, onların günahı deyil. Bu, Malikinin məsuliyyətsiz siyasətinin nəticəsi olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm