Uyğurlar Çin polisinə hücum etdilər
Bizi izləyin

Dünya

Uyğurlar Çin polisinə hücum etdilər

Çin Xalq Respublikasının Siçzyan-Uyğur Muxtar Vilayətində yerli polis şöbəsinə hücum olub.

Publika.az “Ria-Novosti”yə istinadən xəbər verir ki, nəticədə 3 polis işçisi yaralanıb. Hökumət rəsmilərinin açıqlamalarına görə, hücum edənlər əvvəlcə polis şöbəsinin inzibati binasının arxasında partlayış törədiblər. Polislərlə atışma nəticəsində terroçulardan 13 nəfəri öldürülüb.

Xatırladaq ki, ilin əvvəlindən indiyədək hökumətə qarşı olan qüvvələr Urumçidə bir neçə terror aktı həyata keçiriblər. Apreldə dəmiryol stansiyasında, mayda isə bazarlardan birində partlayışlar törədilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm