İŞİD türkləri buraxır
Bizi izləyin

Dünya

İŞİD türkləri buraxır

İraq Şam İslam Dövləti girov götürdüyü türkiyəli diplomatları yaxın günlərdə sərbət buraxacaq.


İŞİD-ə yaxın xəbər agentliklərindən birində yer alan məlumatda bildirilir ki, Türkiyənin Mosuldakı baş konsulu ilə birlikdə digər girovlar da azad edilərək Türkiyə tərəfinə təhvil veriləcək.

Qeyd edək ki, terrorçular bu ayın əvəlində Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna hücum etmişdi. Nəticədə təhlükəsizlik xidmətinin əməkdaşları və konsulluqda çalışan diplomatlar terrorçular tərəfindən girov götürülmüşdü. Bundan başqa, İŞİD Türkiyə vətəndaşı olan 32 TIR sürücüsünü də girov götürmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm