İŞİD-dən növbəti qətliam: 30 ölü
Bizi izləyin

Dünya

İŞİD-dən növbəti qətliam: 30 ölü

“İraq Şam İslam Dövləti” terror təşkilatının yaraqlıları İraqda nəzarət-keçid məntəqəsini ələ keçirib.

AzVision.az-ın Qərb Kİv-nə istinadən verdiyi məlumata görə, baş verən döyüş nəticəsində ən azı 30 nəfər öldürülüb.

Nəzarət-keçid məntəqəsinə hücum Suriya ilə sərhəddə yerləşən Ənbar vilayətinin əl-Qaim şəhərində baş verib. Gömrük və sərhəd keçid məntəqəsi uğrunda döyüş bir gün davam edib.

Məlumata əsasən, nəzarət-keçid məntəqəsinin tutulması yaraqlılara ağır zirehli texnikalarla birgə sərhədi maneəsiz keçməyə imkan verəcək.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm