Fahişəxanalar bağlandı, xalq ayağa qalxdı – ETİRAZ
Bizi izləyin

Dünya

Fahişəxanalar bağlandı, xalq ayağa qalxdı – ETİRAZ

Hökumətin fahişəxanaların bağlanması haqqında qərarı yerli əhalinin kütləvi etirazına səbəb olub.

Hökumətin fahişəxanaların bağlanması haqqında qərarı yerli əhalinin kütləvi etirazına səbəb olub.

Cənub-Şərqi Asiyanın fahişəliyin ən çox yayıldığı ölkəsi hesab olunan İndoneziyanın Dolli adlandırılan bölgəsini əhalinin kütləvi etiraz dalğası bürüyüb.

“Fahişəxanaları bağlamaqla çörəyimizə bais oldunuz”, deyərək ayağa qalxan sakinlər hökumətdən həmin qərarın ləğv olunmasını tələb edirlər.

Bununla belə, fahişəxanaların bağlanması haqda qərara yenidən baxmayacağını bəyan edən yerli hakimiyyət orqanlarının əhaliyə dəyən maddi ziyanı ödəyəcəyi bildirilir.

Məlumata görə, Dollidə yerləşən Surabaya Bələdiyyəsinin sədri Tri Rismaşarini sakinlərə adambaşına 5 milyon İndoneziya rupisi (təqribən 416 ABŞ dolları) ödənəcəyini açıqlayıb.

Lakin fühuş sektorunun təmilçiləri bu məbləğin onların “dərdinə dərman olmadığını” deyərək, etirazları davam etdirirlər.

Bölgənin müxtəlix yaşayış məntəqələrində asayiş qüvvələri ilə sakinlər arasında toqquşmaların baş verdiyinə dair xəbərlər yayılıb. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm