Ermənistan Rusiya qazından imtina edir
Bizi izləyin

Dünya

Ermənistan Rusiya qazından imtina edir

Ermənistanın qaz nəqliyyat sisteminin öyrənilməsi üzrə parlament komissiyasının sədri Vardan Ayvazyan heyrətə səbəb olan açıqlama ilə çıxış edib.

Ermənistanın qaz nəqliyyat sisteminin öyrənilməsi üzrə parlament komissiyasının sədri Vardan Ayvazyan heyrətə səbəb olan açıqlama ilə çıxış edib.

Hazırda İran və Orta Asiyadan qaz almaq üzrə alternativ variantlara baxılır. “İstənilən halda, İrandan daxil olan qazın artırılması qərarı veriləcək”, - deyə Ayvazyan vurğulayır.

Vardan Ayvazyan əsas səhmləri “Qazprom”a məxsus “Armrosqazprom”u da kəskin tənqid edib. Onun sözlərinə görə, 12% xalis mənfəət əldə edən şirkət səhmlərin 20%-nin sahibi olan Ermənistan hökumətinə dividend ödəməyib.

Məhz bu məqam erməni şərhçilərinin diqqətindən yayınmayıb. Onların fikrincə, indiyə kimi “Qazprom”un özbaşınalıqlarına göz yuman erməni hökuməti axır ki, dillənmək qərarına gəlib. Ermənistanda müqavimət görməyən “Qazprom” iyulun 1-dən tarifləri qaldırmağı təklif edib. Çünki Rusiyanın daxili bazarında qazın qiyməti qalxır, Ermənistanın qaz qiymətləri də məhz bundan asılıdır.

Həmçinin “Qazprom” Ermənistanın üçüncü ölkələrdən qaz almasına qadağa qoyur. Həm də Ermənistan “Qazprom”la ilkin razılaşma zamanı müəyyən edilmiş həcmdən az qaz aldığına görə cərimə ödəməyə məhkumdur. İlkin razılaşmaya görə, İrəvan Rusiyadan 2,5 mlrd. kubmetr qaz almalıdır. Amma ölkə hətta AES-i və su elektrik stansiyalarını bağlayıb qazı keçsə belə, 1,7 mlrd. kubmetrdən artıq qaz istehlak edə bilmir. İrəvan ilin sonunda qəbul etmədiyi 0,8 mlrd. kubmetr qaza görə mütləq cərimə ödəməlidir. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm