Azərbaycanlılar İŞİD-ə qarşı 5 minlik ordu qurub
Bizi izləyin

Dünya

Azərbaycanlılar İŞİD-ə qarşı 5 minlik ordu qurub

“Axınçı” türkmənlər yurdlarını kürd peşmərgələri ilə birlikdə qoruyur

“Axınçı” türkmənlər yurdlarını kürd peşmərgələri ilə birlikdə qoruyur

Özlərini "axınçı" olaraq tanıdan türkmənlər 5 minlik könüllü hərbi birləşmə yaradaraq, İraq Şam İslam Dövləti qruplaşmasına qarşı ciddi müqavimət göstərmək əzmindədirlər. Onların İŞİD-in hücumunun qarşısını almağa müvəffəq olması, yerli özünümüdafiə qüvvələrinə qoşulan türkmən könüllülərinin sayını dəfərlərlə artırıb. İŞİD-lə toqquşmada müəyyən uğurlar əldə edən “axınçı”lar bu gün terrorçuların Kərkükə doğru irəliləməsini dayandıra biliblər.

Onlar İŞİD-in hədəfində olan Tuzhurmatunu kürd peşmərgələri ilə birlikdə qoruyurlar. Türkmənlər Kərkükün 15 kilometr cənubunda olan bölgəni - Bəşir kəndini ələ keçirən İŞİD terrorçularının mümkün hücumunu sayıqlıqla gözləyir.

Hazırda əhalisi 15 min olan bölgədə axınçılardan başqa kimsə qalmayıb. Sayları 5 mini ötən türkmən könüllüləri düşməni layiqincə qarşılamaq, fürsət verməmək uçun 24 saat ərzində mövqelərində növbəli şəkildə keşik çəkirlər. /Teleqraf/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm