"Azərbaycan Ermənistanı parçalayacaq"
Bizi izləyin

Dünya

"Azərbaycan Ermənistanı parçalayacaq"

"Lavrov Sərkisyandan Gürcüstan görüşünün hesabatını alacaq".

"Lavrov Sərkisyandan Gürcüstan görüşünün hesabatını alacaq".

Bu iddia ilə erməni analitiki Akop Badalyan çıxış edib. O, Rusiyanın Gürcüstanı tamamilə nəzarət altına almaq istədiyini bildirib:

"Bu gün Sergey Lavrovun İrəvana səfəri başlayır. Ermənistan hakimiyyəti ilə nəyin müzakirə olunacağı bəllidir. Lavrov Sərkisyandan Gürcüstan görüşünün hesabatını alacaq. Rusiya Gürcüstanı yenidən tamamilə nəzarət altına almaq istəyir. Hər kəs yaxşı başa düşür ki, Ermənistanı Rusiya Türkiyə və Azərbaycanla parçaladıqdan sonra bütün diqqətini Gürcüstana yönəldəcək. Onun da parçalanma vaxtı çatacaq. Sərkisyanın yeganə ümidi NATO çətirinin altına sığınmaqdır. Amma qəribədir ki, nədənsə bizim dövlət müstəqil siyasət yürütmək anlayışını hələ də qəbul etmir. Görünür, artıq Sərkisyan anlayıb ki, 3 sentyabr hadisəsi ilə nəinki Ermənistanı, hətta Gürcüstanı da təhlükə altında qoyub".

Xatırladaq ki, 2013-cü il sentyabrın 3-də Sərkisyan Moskva səfəri zamanı Gömrük İttifaqına Ermənistanın üzv olacağı ilə bağlı konkret rəyini bildirmişdi. Erməni analitiklərin fikrincə, Rusiya Prezidenti Putin qəsdən Sərkisyanı Moskvaya çağırmış və Gömrük İttifaqına üzvlüklə bağlı fikrini açıq şəkildə elan etməyi tələb etmişdi. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm