• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ukrayna polsis girovluqda saxlanan həmkarlarının azad olunmasını tələb edir

  • Dünya
  • 25 Yanvar 2014 12:41
  • 457 Baxış
Ukrayna polsis girovluqda saxlanan həmkarlarının azad olunmasını tələb edir

Ukrayna DİN "Avromaydan"ın liderlərinə ələ keçirilən milis işçilərinin dərhal azad edilməsi ilə bağlı müraciət edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti nazirliyə istinadən xəbər verir.

Cümə günü axşam ələ keçirilən "Maydanın mühafizə"si üzrə iki milis işçisi Kiyev Şəhər Dövlət Administrasiyasının binasında saxlanılırlar.Bütün gecə ərzində milisin bir neçə müxalifət yönlü xalq deputatı ilə danışıqları davam edib. Lakin onlar binaya nəzarət edən qruplaşmanın liderlərinə təsir edə bilməyiblər.

Nazirlikdən deyiblər ki, asayiş keşikçilərinin vəziyyətlərinin necə olması ilə bağlı məlumat yoxdur: "Ukrayna DİN milis işçilərinin dərhal azad edilməsini tələb edir. Tələblərin yerinə yetirilməyəcəyi halda milis ələ keçirilənlərin azad edilməsi ilə bağlı tədbirlər görməyə məcbur olacaq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR