Çeçenistanda iki silahlı şəxs zərərsizləşdirilib
Bizi izləyin

Dünya

Çeçenistanda iki silahlı şəxs zərərsizləşdirilib

Çeçenistanın Urus-Martan rayonunda iki silahlı şəxs zərərsizləşdirilib.

Publika.az “İtar-Tass” agentliyinə istinadən xəbər verir ki, iyunun 22-də Qroznı şəhərində polis əməkdaşının öldürülməsindən sonra Çeçenistan respublikası ərazisində “Vulkan” adlı əməliyyatı keçirilir. Rayon və qəsəbələrin hamısında polis postları qurulub.

Elə son insident də Qexi kəndi yaxınlığındakı postda baş verib. Polislər “Vaz -2110” markalı avtomobili saxlayaraq sənədləri yoxlamaq istəyiblər. Bu zaman maşında olan iki kişidən biri polislərə atəş açıb. Cavab atəşi ilə silahlı şəxs öldürülüb. İkinci şübhəli şəxs aradan çıxa bilməyəcəyini görən kimi partladıcı qurğunu işə salıb və partlayış nəticəsində özü də məhv olub. Həmçinin bir polis işçisi yüngül yaralanıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm