İŞİD qapı-qapı gəzib qadın axtarır
Bizi izləyin

Dünya

İŞİD qapı-qapı gəzib qadın axtarır

Yaraqlılara iraqlı əsgər və polislərin həyat yoldaşları və qızları halal elan edildiyindən terrorçular işğal etdikləri Bəycidəki evləri basıb özlərinə qadın axtarırlar.

Publika.az xəbər verir ki, İŞİD (İraq Şam İslam Dövləti) İraqda irəlliləməyə davam edir.

Bəycini işğal edən terrorçular özlərinə qadın axtarırlar. Dünyanın gözü neft mədənlərində olduğu bir vaxtda yerli xalqın narahatlığı başqadır. “The İndependent”in xəbərinə görə, yaraqlılar qapı-qapı gəzib hər evdə neçə evli və subay qadın olduğunu soruşurlar.

Xatırladaq ki, bir az əvvəl İŞİD-in müftisi İraq əsgərinin və polisinin həyat yoldaşlarının və qızlarının İŞİD yaraqlılarına halal olması barəsində fətva verib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm