Kiyevin “B” planı: Böyük müharibəyə qədər bir həftəlik pauza
Bizi izləyin

Dünya

Kiyevin “B” planı: Böyük müharibəyə qədər bir həftəlik pauza

Ukrayna hakimiyyəti Avropa Birliyi ilə sazişin imzalanmasına qədər atəşkəs rejiminə riayət etmək niyyətindədir.

Bu gün Avropa Birliyi xarici işlər nazirlərinin Lüksemburqda keçirilən toplantısında Ukrayna prezident Pyotr Poroşenkonun “sülh planı”nı təqdim ediləcək. Sabah isə ATƏT-in Vyanada keçirilən təhlükəsizlik üzrə illik konfransda planın detalları müzakirə ediləcək.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko üç gün əvvəl ölkənin şərqinə səfəri çərçivəsində “sülh planı”nın son variantını təqdim edib. “Sülh planı” 15 bənddən ibarətdir.

Bundan başqa, 27 İyun tarixinə kimi atəşkəs elan edilib. Amma Ukrayna antiterror güclər atəş açmaq hüququna malikdir, əgər onlar hücuma məruz qalarsa. “Sülh planı”na görə, muzdluların Rusiyaya qayıtması üçün dəhliz açılacaq. Amma bir şərt var: Ölkəni tərk edənlər ağır texnika da daxil olmaqla bütün silahlarını buraxmalıdır. Poroşenko həmçinin bildirib ki, onların ehtiyat ssenarisi də var: “Sülh ssenarisi bizim əsas – “A” planımızdır. Ukrayna prezidenti “B” planı haqqında danışmaq istəmədiyini bildirib və qeyd edib ki, sülh ssenarisinin baş tutacağına tam səmimiyyətilə inanır.

Kiyev “B” planını sir olaraq saxlayır. Rusiyanın “Nezavisimaya gazeta” nəşrinin mənbələri güman edir ki, söhbət hərbi əməliyyatlardan gedir. Onların fikrincə, bu hərbi əməliyyatlar terrorçuluğa qarşı əvvəlki əməliyyatdan fərqlənəcək. Birincisi, hərbi əməliyyatlar mərkəzləşdirilmiş şəkildə keçiriləcək. İkincisi, əməliyyatlara hərbi aviasiya da daxil olmaqla silahlı qüvvələrin bütün növləri cəlb edilə bilər. Güman edilir ki, , dinc əhali hərbi əməliyyatların keçiriləcəyi zonadan bir həftə ərzində təxliyyə ediləcək.

Hərbi ekspert İqor Kozin “Nezavizimaya gazeta”ya açıqlamasında qeyd edib ki, daha əvvəllər də hərbi əməliyyatların müxtəlif variantları müzakirə edilib. Onun sözlərinə görə, əsas çatışmazlıq girov rolunda olan dinc əhalinin həyatlarının təhlükədə olması idi.

Kiyevdə hesab edirlər ki, Moskva ikitərəfli oyun oynayır. “Rusiya bir tərəfdən bütün dünya ilə Poroşenkonun sülh planını dəstəkləyir. Digər tərəfdən isə Kiyev qarşısında icrası mümkün olmayan tələb qoyur. Moskva Ukrayna prezidentinin terrorçularla danışıqlar stoluna oturmasını istəyir”, - “Nezavisimaya gazeta”ya açıqlamasında Ukrayna prezident administrasiyasına yaxın mənbə dedi.

“Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublika”sının liderləri Poroşenkonu prezident olaraq tanımadıqlarını bildirir. ”LXR”in lideri Valeri Bolotov heç kimin onların əlimdən silahı almaq hüququna malik olmadığını deyib. “Biz prezident seçkilərində iştirak etmədik. Buna görə də o, bizim üçün prezident deyil. Bizin öz müstəqil respublikamız var”, - “LXR”in lideri qeyd edib. “DXR”in liderlərindən olan Pavel Qubaryov isə sosial şəbəkədə bunları yazıb: “Poroşenko yenə “barışıq” elan edib. Ümumiyyətlə, onun istənilən “barışığı”na hücum haqqında əmr kimi baxırıq”.

Dünən Ukraynanın üç prezidenti – Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko Rusiya prezidenti Vladimir Putinə müraciət etdilər. “Biz Putinə dayanmağı və daxili işlərimizə qarışmamağı xahiş edirik”, - Kravçuk bildirib. Müraciətin müəllifləri Poroşenkoya dəstəyini ifadə ediblər, amma qeyd ediblər ki, Putinin siyasi iradəsi olmadan “sülh planı” reallaşdırıla bilməz.

Kiyevdə isə politoloqlar bildirirlər ki, bu həftə sülh yolu ilə Ukraynanın şərqindəki böhranın həlli üşün son şanslardan istifadə olunacaq. “Açıq siyasət” analitik mərkəzinin rəhbəri İqor Jdanov Rusiyaya qarşı üçüncü sanksiya paketinin tətbiqinin mümkün olduğunu dilə gətirib. Onun fikrincə, Rusiya tərəfi hazırda manevr üçün özünə geniş meydan saxlayır: “Moskva sülh prosesini dəstəkləyir, amma eyni zamanda Poroşenkonun “sülh planı”nı ultimatum adlandırır”.

Kiyevdə hesab edirlər ki, Poroşenkon elan etdiyi atəşkəs rejiminə Avropa Birliyinin sammitinə qədər əməl edəcək. İyun ayının 27-də keçiriləcək sammitdə Ukrayna prezidenti Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanın iqtisadi hissəsini imzalayacaq. Sənəd bundan sonra Ali Rada və Avropa Birliyi ölkələrinin parlamentlərində təsdiq edilmək üçün tamamilə hazır olacaq. Məsələ bu gün Lüksemburqda müzakirə ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm