İrandan ABŞ-a sərt xəbərdarlıq
Bizi izləyin

Dünya

İrandan ABŞ-a sərt xəbərdarlıq

İran dini lideri ABŞ-ın İraqdakı hadisələrə müdaxiləsinə qəti şəkildə etiraz bildirib.

Publika.az xəbər verir ki, ayətullah Əli Xomeyni qatıldığı bir tədbirdə yenə ABŞ-ı tənqid edib. Belə ki, dini lider ABŞ və bir çox Avropa ölkələrinin İraqın daxili işlərinə qarışmasıyla razı olmadıqlarını qeyd edib. Xomeyni “İraq xalqı, dövləti və din alimlərinin ölkədəki fitnəyə son qoya biləcəklərinə inanırıq və inşallah, buna son qoyacaqlar” deyib.

Növbə sizə də gələcək

İranın prezidenti Həsən Ruhani bölgədəki silahlı qrupları dəstəkləyən ölkələrə sərt xəbərdarlıq edib: “Neftdən əldə etdikləri dollarla vəhşi terrorçuları dəstəkləyənlər bilməlidirlər ki, İslam ölkələrindən sonra növbə onlara da gələcək. Qan tökməkdən və müsəlmanları öldürməkdən vaz keçin”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm