Lavrov erməni həmkarı ilə görüşür
Bizi izləyin

Dünya

Lavrov erməni həmkarı ilə görüşür

Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında hazırda görüş keçirilir.

Publika.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, görüş media nümayəndələri üçün qapalıdır.

Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda danışıqlar olacaq.

Qeyd edək ki, S.Lavrovun Ermənistana ikigünlük səfəri dünən başlayıb. Səfər çərçivəsində rusiyalı nazirin prezident Serj Sarkisyanla görüşü də nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm