Lavrov: “Ankara və İrəvanı barışdırmağa hazırıq”
Bizi izləyin

Dünya

Lavrov: “Ankara və İrəvanı barışdırmağa hazırıq”

Lavrov: “Ankara və İrəvanı barışdırmağa hazırıq”

“Moskva erməni-türk protokollarının reallaşdırmasına hər cür kömək etməyə hazırdır”.

Publika.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

“İnfrastruktur layihələrinin həyata keçirilməsi ideyası qüvvədə qalır. Amma əlbəttə ki, birinci əsas rol protokolları imzalayan iki dövlətə – Türkiyə və Ermənistana aiddir. Biz protokolların icrasına hər cür kömək etməyə hazırıq”,– Lavrov deyib.

Öz növbəsində, Ermənistan xarici işlər naziri də Rusiyanın bu məsələdə yardım etməyə hazır olduğunu təsdiqləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm