Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır- Yenilənib
Bizi izləyin

Dünya

Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır- Yenilənib

“Ermənistan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə yönələn vasitəçilik səylərinə görə Rusiyaya təşəkkür edir”.

Publika.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

Erməni nazir bir ay əvvəl 20 illliyi qeyd edilən atəşkəsin Rusiyanın “zəhmətli işi” olduğunu bildirib. Amma E.Nalbandyan atəşkəs razılaşmasının Azərbaycan və Dağlıq Qarabağ arasında əldə olunduğunu, razılaşmaya sonradan Ermənistanın da qoşulduğunu deyib.

Ömər Dağlı

14:31

“Rusiya Ermənistan və Azərbaycan prezidentinin arasında birbaşa dialoqun davam etdirilməsinə cəhd edəcək”.

Publika.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

Rusiyalı nazir vurğulayıb ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin ən sürətli şəkildə nizamlanmasında maraqlıdır.

“Biz ona əsaslanırıq ki, problemin həlli üçün baza var. Problemin nizama salınması prinsipləri Minsk Qrupunun həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında qeyd edilib. Əsas prinsiplərin həyata keçirilməsinin parametrlərini və addımların ardıcıllığını uyğunlaşdırmaq lazımdır”, – Lavrov qeyd edib.

Ermənistan xarici işlər naziri Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsi barədə Fransa prezidenti Fransua Ollandın təşəbbüsünə toxunub. O, bu görüşün Bakının ürəyincə olmadığını deyib: “Son zamanlar həmsədrlər tərəfindən səslənən təkliflər, həmçinin atəşkəs rejiminin möhkəmləndirilməsi, snayperlərin aparması, insidentlərin araşdırılması üzrə mexanizmlərin yaradılması Azərbaycanın ürəyincə deyil”.

E.Nalbandyan əlavə edib ki, Minsk Qrupunun həmsədr ölkələrin prezidentlərinin verdiyi 5 bəyanatda əks olunanlarla Bakı razılaşmır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm