Əlində ülgüc küçəni bir-birinə qatdı – Video
Bizi izləyin

Dünya

Əlində ülgüc küçəni bir-birinə qatdı – Video

İstanbulda əlində ülgüclə özünə zərər verən bir nəfər mülki geyimdə olan polis tərəfindən zərərsizləşdirilib.

Publika.az Axşam.com.tr saytına istinadən xəbər verir ki, İstanbulun İstiqlal küçəsində yerli vaxtla saat 09:30 radələrində bir nəfər əlində ülgüclə özünə zərər vermək istəyib. Ətrafdakıları qorxudan şəxs heç kəsin ona yaxınlaşmasına icazə verməyib.

Uzun müddət polislərin yola gətirməyə çalışdığı adam heç cür sakitləşmədiyindən işə mülki polis müdaxilə edib: təpiklə adamın əlindəki ülgücü yerə salıb və intihar etməyə cəh edən şəxsi də yıxaraq qollarını qandallayıb. Ambulansa mindirilən adamın üzərindən şəxsiyyətini təsdiq edən heç bir sənəd çıxmayıb.

Saxlanılan şəxs “narkotikdən müalicə almaq istəyirəm” deyə qışqırması ilə diqqət cəlb edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm