• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Birgə bəyanat: “Moskva üçün kritik nəticələri olacaq”

  • Dünya
  • 23 İyun 2014 16:40
  • 330 Baxış
Birgə bəyanat: “Moskva üçün kritik nəticələri olacaq”

Ukrayna xarici işlər və müdafiə nazirlikləri ölkənin şərqindəki vəziyyətlə bağlı birgə bəyanat yayıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bəyanatda “sülh planı”nının açıqlanmasına baxmayaraq, terrorçuların hücumlarının davam etdiyi bildirilir.

“Yalnız bir gecə ərzində – 22 iyunda qanunsuz silahlı birləşmələr Ukrayna Silahlı Qüvvələrinin Kramatorsk, Slavyansk, Artemovsk və başqa şəhərlərdəki mövqelərinə 11 dəfə atəş açıb. Gün ərzində Ukrayna sərhədçiləri terrorçuların ardıcıl hücumlarına məruz qalıb”,– bəyanatda qeyd edilib.

Sənəddə vurğulanır ki, vəziyyətin normallaşmamasına yönəlik terrorçuların cəhdləri beynəlxalq birlik tərəfindən pislənilməlidir. Bildirilir ki, əsas tələb Rusiyaya aiddir. “Terrorçulara istənilən dəstəyin kritik nəticələri olacaq”,– sənəddə Moskvaya xəbərdarlıq edilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR