• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Lavrovdan İrəvanı rahatladacaq bəyanat: “Putin...”

  • Dünya
  • 23 İyun 2014 16:59
  • 446 Baxış
Lavrovdan İrəvanı rahatladacaq bəyanat: “Putin...”

Ermənistanda ikigünlük səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov bu ölkənin prezidenti Serj Sərkisyanla görüşüb.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin salamını çatdıran Lavrov Putinin əldə edilən razılıqlara sadiq olduğunu deyib.

Rusiya xarici işlər naziri həm ikitərəfli formatda, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində əməkdaşlıqdan razı qaldığını bildirib. S.Lavrov Ermənistanın Avrasiya İttifaqına üzvlüyü barədə konsultasiyaların keçirildiyi Soçidən də yaxşı xəbər eşidəcəyinə ümid etdiyini dilə gətirib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri həmçinin beynəlxalq instansiyalarda iki ölkənin addmlarının koordinasiyasına ehtiyacın olduğunu vurğulayıb.

S.Sərkisyan da öz növbəsində qeyd edib ki, iki ölkə prezidentlərinin görüşlərində əldə olunan razılıqların icrası bütün sferalarda ikitərəfli münasibətlərin inkişafı üçün ciddi stimul ola bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR