Kiyev Kremlin maraqla gözlədiyi “B” planını açıqladı
Bizi izləyin

Dünya

Kiyev Kremlin maraqla gözlədiyi “B” planını açıqladı

“Ukrayna prezidenti Pyotr Poroşenkonun “B” planı təslim olmayan terrorçuların məhv edilməsindən ibarət olacaq”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu sözləri prezident Pyotr Poroşenkonun məsləhətçisi Yuri Lusenko qonağı olduğu bir televiziya proqramında deyib.

“Prezidentin “A” planı sakit həyat və Ukrayna daxilində sülhə qayıtmaq istəyən Donetsk və Luqansk vilayətlərinin sakinlərinin əksəriyyətinə aiddir. “B”planı isə terrorçulara, ağlın səsinə qulaq asmayanlara, Ukrayna dövlətinə qarşı hərbi hərəkətlərini davam etdirənlərə aiddir”,– Lusenko qeyd edib.

Poroşenkonun məsləhətçisi Donetsk vilayətində müxtəlif motivasiyaya malik olan bir neçə silahlı qrupun olduğunu deyib: “Onlardan birincisi Rusiya diversantlarıdır. Onlar çox yaxşı hazırlanıblar. Rusiya diversantları dövlət binalarının tutulmasını təşkil edirdilər. Onlar separatçıların blokpostlarını planlaşdırır və yerləşdirirlər. İkinci qrup kazaklardır. Onlar bütün Rusiyadan pul üçün vuruşmağa toplaşırlar. Üçüncü qrup yerli kriminalistlərdir. Bu qrup silahı zənginləşmək üçün vasitəyə çevirib. İlk iki qrupun Ukrayna ərazisini tərk edəcəyi halda, ölkənin şərqində sabitliyi tezliklə bərpa etmək mümkün olacaq”.

Xatırladaq ki, Rusiya nəşri “Nezavisimaya gazeta”nın bugünkü sayında “Kiyev “B” planını gizlədir” başlıqlı bir yazı dərc edilmişdi.

“Poroşenko bildirib ki, onların ehtiyat ssenarisi də var: “Sülh ssenarisi bizim əsas – “A” planımızdır. Ukrayna prezidenti “B” planı haqqında danışmaq istəmədiyini bildirib və qeyd edib ki, sülh ssenarisinin baş tutacağına tam səmimiyyətilə inanır. Kiyev “B” planını sirr olaraq saxlayır. Rusiyanın “Nezavisimaya gazeta” nəşrinin mənbələri güman edir ki, söhbət hərbi əməliyyatlardan gedir. Onların fikrincə, bu hərbi əməliyyatlar terrorçuluğa qarşı əvvəlki əməliyyatdan fərqlənəcək. Birincisi, hərbi əməliyyatlar mərkəzləşdirilmiş şəkildə keçiriləcək. İkincisi, əməliyyatlara hərbi aviasiya da daxil olmaqla silahlı qüvvələrin bütün növləri cəlb edilə bilər. Güman edilir ki, , dinc əhali hərbi əməliyyatların keçiriləcəyi zonadan bir həftə ərzində təxliyyə ediləcək”,– “Nezavisimaya gazeta” yazırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm